lider-media.az

“Əsrin qəhrəmanı olan Komandan” kitabının təqdimatı olub

Tarix: 24-12-2024, 12:06

“Əsrin qəhrəmanı olan Komandan” kitabının təqdimatı olub

Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü Xuraman Muradovanın Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan” kitabının AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təqdimatı keçirilib.

Lider-media.az xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayevin aparıcılığı ilə keçirilən təqdimat mərasimində Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, Vüqar İsgəndərov, Razi Nurullayev, “Ayna – Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, yazıçı Varis Yolçuyev, bədii qiraətçi Anar Atakişi və başqaları çıxış edərək “Əsrin qəhrəmanı olan Komandan” kitabının yüksək məziyyətlərindən və əsərin müəllifi Xuraman Muradovanın vətəndaşlıq mövqeyindən söhbət açıblar.

Qazaxıstan və Qırğızıstan Yazıçılar birliklərinin Özbəkistan üzrə koordinatoru Muginqam Nurbayev çıxış edərək Xuraman Muradovanın yaradıcılığının bütün Türk dünyasında rəğbətlə qarşılandığını vurğulayıb və ona “Əhməd Yəsəvi” medalını və Qazaxıstanda fəaliyyət göstərən “Dünya İstedadları” Birliyinin fəxri mükafatını təqdim edib.

Təqdimat müəllifin çıxışı və onun “Komandan” şeirinin sözlərinə bəstələnmiş hərbi marşla başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi