lider-media.az

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

Baxış: 101 Tarix: 23-12-2024, 18:28


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə nail olmasını, bundan sonra da sürətlə inkişaf etməsini diləyir, Sizə ən xoş arzularımı çatdırıram.Əminəm ki, qardaş xalqlarımız arasında mövcud olan sıx dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.

Mən bizim münasibətlərimizi çox yüksək qiymətləndirirəm və Sizinlə olan bütün görüşlərimizi həmişə səmimi hisslərlə xatırlayıram.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük müvəffəqiyyətlər, ailənizə xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Səmimi diləklərlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi