lider-media.az

Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO

Baxış: 228 Tarix: 23-12-2024, 18:13

Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO

Dekabrın 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb.Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindənverilən məlumata görə, müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi