lider-media.az

“Mədəni irsini qoru” layihəsi çərçivəsində Mərdəkana infotur təşkil olunub

Baxış: 203 Tarix: 23-12-2024, 14:34

Mərkəzdən verilən məlumatda bildirilib ki, layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaq və tarixi abidələri qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

Qonaqlar və media nümayəndələri Böyük və Kiçik Mərdəkan qəsrlərində, həmçinin ətraf ərazilər olan Tuba Şah məscidi və Şeyx Kazım hamam kompleksində olublar. Yerli ekspertlər tərəfindən abidələr haqqında önəmli faktlar gənclərin diqqətinə çatdırılıb, infotur tələbə gənclərin marağına səbəb olub. Ölkənin bir neçə ali və orta ixtisas məktəbi tələbələrinin təmsil olunduğu infoturda gəncləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Layihə çərçivəsində ölkədəki bir sıra tarixi məkanlara infoturlar təşkil olunaraq ekspertlər tərəfindən seminarların keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, “Mədəni irsini qoru” layihəsi çərçivəsində ilk infotur Qobustan Milli Tarix-Bədii Qoruğunda keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi