lider-media.az

FHN əməkdaşları üçün kurs təşkil olunub

Baxış: 203 Tarix: 21-12-2024, 12:22

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi arasında Fəaliyyət Planı”na əsasən 16-19 dekabr 2024-cü il tarixlərində Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri tərəfindən “Aviasiya hadisələri zamanı axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda kurs keçirilib.

FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zabit heyəti üçün təşkil edilən kursun keçirilməsində məqsəd Azərbaycan Respublikası ərazisində (suda və quruda) baş verə bilən aviasiya hadisələri zamanı FHN-in xarici dövlətlərin müvafiq qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi ilə əlaqədar ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinin mənimsənilməsindən ibarət olub.

Kursu uğurla başa vuran dinləyicilərə sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi