lider-media.az

DTA əməkdaşlarına “Əməyin mühafizəsi” mövzusunda təlim keçirilib

Baxış: 12 Tarix: 21-12-2024, 09:26

Dekabrın 20-də Dövlət Turizm Agentliyinin aparatında və tabeliyində olan regional turizm idarələrində ilk dəfə inzibati vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul olunmuş 23 əməkdaşının andiçmə mərasimi keçirilib. Agentliyin sədrinin müşaviri Kənan Quluzadə çıxışında dövlət qulluqçusu olmağın həm məsuliyyətli, həm də şərəfli bir vəzifə olduğunu vurğulayaraq qeyd edib ki, hər bir əməkdaş xidməti fəaliyyəti ilə fərqlənməyə çalışmalı və davranışı ilə nümunə olmalıdır.
Kənan Quluzadə bildirib ki, dövlət başçısının "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”, sözləri hər bir dövlət qulluqçusu üçün başlıca fəaliyyət prinsipi olmalıdır.O, karyeralarındakı əlamətdar hadisə münasibətilə əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 İnsan resurlarının idarə edilməsi və hüquq şöbəsinin müdiri Mehriban Hüseynova çıxışında vurğulayıb ki, Agentliyin fəaliyyətə başladığı 2018-ci ildən bu günədək 46 nəfər daimi dövlət qulluğuna qəbul edilib. Bunlardan 27 nəfər aparatın,19 nəfər isə regional turizm idarələrinin əməkdaşlarıdır.
Mehriban Hüseynova mövcud vakansiyaların müntəzəm olaraq Dövlət İmtahan Mərkəzinə təqdim edildiyini qeyd edib.
Daha sonra əməkdaşlar Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq and içiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi