lider-media.az

Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

Baxış: 114 Tarix: 19-12-2024, 11:33

18 dekabr 2024-cü il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.Tədbirdə Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.İclasda iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub, eyni zamanda iqtisadiyyat, ticarət, energetika, ətraf mühit, elm və təhsil, kənd təsərrüfatı, nəqliyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətində danışıqlar aparılıb.Görüşün yekununda Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının protokolu imzalanıb.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, COP29 çərçivəsində qəbul edilmiş təşəbbüslərin təşviqi və icrası ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, əməkdaşlıq sahəsində yeni təşəbbüslər irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi