lider-media.az

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Baxış: 161 Tarix: 19-12-2024, 10:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

Lider-media.az xəbər verir ki, Bakıda keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunub.

Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunacaq.

“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellərdə yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislər iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi