lider-media.az

Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

Baxış: 490 Tarix: 18-12-2024, 23:29

Düşənbədə Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Lider-media.az  xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda iclasda çıxış ediblər.

Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə nitq söyləyiblər.

İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda arasında görüşlər keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi