lider-media.az

Millət vəkili Vüqar Rəhimzadə Ordubadın Nüsnüs və Gənzə kəndlərinin ən yaşlı sakinlərini evlərində ziyarət edib

Baxış: 433 Tarix: 15-12-2024, 19:19

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Nüsnüs kəndinin ən yaşlı sakini, 93 yaşlı Mehdiyev Bəhlul Abbas oğlunu və Gənzə kəndinin ən yaşlı sakini, 90 yaşlı Bağırov Qurban Yusif oğlunu evlərində ziyarət edib.

Yaşlı nəslin nümayəndələrinə dövlətimiz və xalqımız tərəfindən hər zaman xüsusi diqqət və qayğı  göstərildiyini bildirən Vüqar Rəhimzadə ağsaqqallara gümrahlıq, cansağlığı arzulayıb.Görüş zamanı kənd ağsaqqalları gənc nəslə örnək olan zəngin həyat təcrübələrindən söz açaraq göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ağsaqqallar, həmçinin ziyarət üçün millət vəkilinə təşəkkür ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi