lider-media.az

Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib

Baxış: 216 Tarix: 14-12-2024, 10:35

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.Qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.
Özbəkistan nümayəndə heyəti Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şərait və müasir tələblərə cavab verən proqram təminatından istifadə olunmaqla tapşırıqların icra mexanizmi ilə tanış olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi