lider-media.az

Daşkəsənli Vətən müharibəsi şəhidi Elşən Quluyevin anım günü qeyd olunub

Baxış: 450 Tarix: 13-12-2024, 15:17

Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi kiçik çavuş Quluyev Elşən Natiq oğlunun dördüncü anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə şəhidin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb və dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib.Çıxışlarda şəhid Elşən Quluyevlə bağlı xatirələr yad olunub.

Şəhidin anası Səyyarə Quluyeva ailəsinə göstərilən diqqət və qayğıya, övladının xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi