lider-media.az

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb

Baxış: 275 Tarix: 13-12-2024, 12:54

Belə ki, ötən il reytinqə daxil olan 4 ali təhsil müəssisəsinin mövqeyi 2024-cü ildə daha da güclənib.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, əlavə olaraq, cari ildə ilk dəfə Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Azərbaycandan 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000-də yer alır.

Qeyd edək ki, “dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi