lider-media.az

Əli Əsədov: Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması hamımızın amalıdır

Baxış: 423 Tarix: 15-03-2024, 16:38


Həm gördüyümüz, həm də görə bilmədiyimiz işlərlə bağlı hesabat veririk. Hamımızın amalı Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasıdır.

Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra deyib.

Baş nazir bildirib ki, deputatlar tərəfindən qaldırılan məsələlərə baxılacaq.

Əli Əsədovun sözlərinə görə, seçicilərin qaldırdıqları problemlər, yəni, infrastruktur, qaz, su, qəzalı binalarla bağlı məsələlər imkan daxilində öz həllini tapacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi