lider-media.az

Əli Əsədov Moskva Dövlət Texniki Universitetində - Fotolar

Baxış: 387 Tarix: 12-12-2024, 15:51

eli-esedov-moskva-dovlet-texniki-universitetinde

Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.Burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.

Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup “Xəzərin orbiti” layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monitorinq texnologiyalarının işlənməsidir.

Baş nazir Əli Əsədov azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi