lider-media.az

Azərbaycanda paxlava və şirniyyat festivalı keçiriləcək

Baxış: 588 Tarix: 11-12-2024, 14:36

Bakıda “Paxlava və şirniyyat festivalı” keçiriləcək. Festivalda 10 mindən çox paxlava hədiyyə olunacaq.
Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və “Rəmzioğlu Paxlava” şirkətinin təşkilatçılığı ilə keçirilən “13-cü ənənəvi qızıl oxlova paxlava ustaları müsabiqəsi və şirniyyat festivalı” bu il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
Festival çərçivəsində Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatların xarici ölkələrdə birgə tanıdılması kimi məsələlər hədəflənir.
Xatırladaq ki, BAKTAD 2001-ci ildə türk paxlavasını dünyaya tanıtmaq məqsədilə yaradılmışdır.
Rəmzioğlu 2005-ci ildən premium məhsulları ilə paxlava və şirniyyat sektorunda fəaliyyət göstərir.
Festival dekabrın 15-də Bakı İdman sarayında keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi