lider-media.az

İsveçdə “Azərbaycan rəssamlığı” mövzusunda konfrans təşkil ediləcək

Baxış: 346 Tarix: 11-12-2024, 14:30

İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə “Azərbaycan rəssamlığı” mövzusunda konfrans təşkil ediləcək.  
Dekabrın 14-də “Zoom” proqramı vasitəsilə keçiriləcək konfransda incəsənət elmləri üzrə professorun nəzəri bilikləri dinləniləcək və ölkəmizdən xaricdə yaşayan azərbaycanlı rəssamlar yaradıcılıqları barədə məlumat verərək, bəzi əsərlərini nümayiş etdirəcəklər.   
“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kəriminin verdiyi məlumata görə, konfransın təşkilində məqsəd peşəkar rəssamlarımızı geniş izləyici auditoriyasına tanıtmaq, onların əsərlərinin mövzularını və beləliklə müasir Azərbaycan sənət dünyasının nəzəri və praktiki özəllikləri barədə danışmaq, həmçinin sənət dünyasında imkanlar, aktual məsələlər və çətinliklər barədə fikir mübadiləsi aparmaqdır. 
Səadət Kəriminin sözlərinə görə, dünyanın hər guşəsində yaşayan sənətsevər dostlar zoom proqramına iştirakçı, dinləyici kimi qoşula bilər.  
Qeyd edək ki, İsveçdə yaşayan azərbaycanlı alim Səadət Kərimi elmlər doktoru, yazıçı, peşəkar tərcüməçidir. 

Səadət Hakıyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi