lider-media.az

UŞAQ AİLƏNİN, XALQIN, DÖVLƏTİN ƏN QİYMƏTLİ SƏRVƏTİDİR

Tarix: 11-12-2024, 10:12

11 dekabr - Uşaqların BeynəlxalqTeleviziya və Radio günüdür.

 

Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uçaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur.  Eləcə də ölkəmizdə hər il mütəmadi olaraq bu əlamətdar günlə bağlı  tədbirlər keçirilir.

 

“Siz müstəqil, azad Azərbaycan Respublikasının  övladlarısınız. Siz bizim demokratik cəmiyyətimizin, demokratik dövlətimizin gələcək qurucularısıniz. Siz bizim işimizin davamçılarısınız. Biz gələcəyi  sizə tapşırırıq. Sizi ürəkdən təbrik edirəm. Sizi bağrıma basıram, sizi öpürəm. Sizə xoşbəxtlik arzulayıram”.

Bunu 1997-ci il dekabrın 14-də Bakıda  Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə iştirak edən Ümummilli Lider Heydər Əliyev deyib. Söylənən bu səmimi fikirlərdən aydın olur ki, həqiqətən də Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edən Ulu öndər bir prezident kimi uşaqlara xüsusi diqqət ayırmaqla Azərbaycanın təkcə bu günü haqqında yox, böyük gələcəyi haqqında düşünürdü. 

      Ölkəmizdə uşaqlara diqqət və qayğı Ulu öndərin hələ  Azərbatcana ilk dəfə rəhbərliyi dövründən başlamışdır.  Ümummilli Lider  Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”.

     Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daima xalqın xoşbəxtliyi uğrunda çalışaraq birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özünün müqəddəs vəzifəsi hesab edirdi. Bu baxımdan uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq, uşaqlara  həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işi prioritet məsələ kimi gündəmdə saxlayırdı.

     Eyni zamanda Azərbaycanın beynəlxalq uşaq konvensiyasına qoşulması və bu beynəlxalq təşkilatın üzvü olması  Azərbaycanda uşaqlara qayğının artırılmasına, uşaqların hüquqlarının qorunması, cəmiyyətdə onlara münasibətin dövlət konstitusiyası, qanun əsasında qurulmasına zəmin yaradır.

     Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm  Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bu sahəni daim diqqət mərkəzində saxlayırlar.  Dövlət başçımızın sərəncamı ilə  2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla bitməz. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. Çünki Heydər Əliyev Fondu yalnız Azərbaycan uşaqlarına deyil, müxtəlif ölkələrin uşaqlarının da qayğısına qalır. Məhz bütün bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard tərəfindən Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatı  təqdim edilib.

      Bu gün fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən qayğı və diqqət günü-gündən daha da artmaqdadır. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması buna əyani sübutdur.

     Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər xüsusi qeyd edilməlidir. Azərbaycanın ən ucqar dağ kəndində də uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürüdür.

     Elə uşaqlar var ki, onlar valideyn himayəsindən məhrumdurlar. Belə uşaqlar dövlət müəssisələrində tərbiyə olunurlar. Onların sağlam və savadlı böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli  inkişafı, onlara yüksək səviyyədə səhiyyə  xidmətlərinin göstərilməsi də Mehriban xanım Əliyevanın diqqətdə saxladığı  ən vacib məsələlərdəndir.

      Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq, bu gün də uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması və hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətinin baslıca vəzifələrindən biridir.

     Bəli, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi  bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.  Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.

      

       Bu gün ölkəmizin televiziya və radio məkanında uşaqlarla bağlı maraqlı verilişlər nümayiş etdirilir, əyləncəli proqramlar reallaşdırılır. Bütün bunlar isə onların inkişafına, intellektual səviyyəsinin yüksəldilməsinə təsirsiz qalmır.  İstedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsində televiziya və radio işçilərinin böyük rolu var. Axı uşaqlar dövlətin gələcəyidir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi məhz onların əlindədir. Uşaq bir ailənin təməli, sevincidir. Dünənimiz, bu günümüz, sabahımız olan uşaqlar təkcə bir ailəninmi? Yox elə bir elin-obanın, ölkənin, dünyanın sevincidir uşaqlar. Onlar haqqında nə qədər xoş sözlər deyilib. Nə qədər deyilsə, yenə də azdır...

Uşaqların hamisi, onların “Heydər baba” deyib sevdiyi ümummilli lider Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimiizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bu fikirlərin təsdiqi olaraq Prezident İlham Əliyevin dekabrın 5-də Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı məktubunda deyilir: “Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər”.


Nurəngiz Adilqızı.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi