lider-media.az

Azərbaycan sərhədini pozan Əlcəzair vətəndaşları saxlanılıb

Baxış: 67 Tarix: 10-12-2024, 19:56

Azərbaycan sərhədini pozan Əlcəzair vətəndaşları saxlanıldı
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, dekabrın 9-da saat 17:30-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 40 yaşlı Zehioua Mohamed El Amine, 34 yaşlı Hamdani Hamza, 31 yaşlı Boumaali Sid Ali, 25 yaşlı Cherichi Hichem və 21 yaşlı Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi