lider-media.az

Prokurorluq əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan təlimdə iştirak edib

Baxış: 505 Tarix: 14-03-2024, 19:08

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə çoxşaxəli və əhəmiyyətli tədbirlər keçirilir. 

Tədbirlərin davamı olaraq, martın 12-də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Prezident İlham Əliyevin yeni dövlətçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda təlim keçirilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təlim mərkəzləri ilə yanaşı, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin də dəvət olunduğu təlimdə prokurorluq əməkdaşları onlayn formatda iştirak edib.

Təlim zamanı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov təqdimatla müşayiət olunan çıxış edib, daha sonra isə faydalı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov dəvətə, əhatəli təqdimata və əldə edilmiş nəzəri biliklərə görə təlimin təşkilatçılarına minnətdarlığını bildirməklə bu qəbildən olan tədbirlərin əhəmiyyətindən bəhs edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi