lider-media.az

  Nümunəvi xidmətə görə sağ olun!

Tarix: 9-12-2024, 16:14

 

Düz deyirlər ki,dünyada insan üçün sağlamlığdan gözəl heç nə yoxdur.Çünki sağlam bədəndə sağlam ruh olar.Sağlamlığımızın qorunmasında isə ən yaxın sirdaşlarımız xeyirxah tibb işçiləridir.

Prezident İlham Əliyevin. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması istiqamətində müntəzəm məqsədyönlü tədbirlər həyata keçirməsi qürurvericidir.Səhhətimlə əlaqədar bu günlərdə yollayışla “Bilgəh Kardioloji Sanatoriyasında”istirahətlə yanaşı müalicə də aldım.İlk dəfə idi ki, bu sanatoriyaya gəlirdim.Səfalı Bilgəhdə,dəniz sahilində salınmış bu sanatoriyada göstərilən xidmətdən çox razı qaldım.  İlk təəssüratlar sanatoriyanın qəbul otağından başladı.Kəmalə xanımın isti, xoş münasibəti müalicə üçün ünvanı düz seçdiyimizə böyük əminlik yaratdı.

Son aylar sanatoriyanın rəhbərliyinin dəyişdirilməsi, tibb elmləri namizədi, həkim Fuad Quliyevin baş həkim təyin olunması ilə burada, gözəl sağlam mühit yaradılıb.Müalicə müddətində bunun dəfələrlə şahidi olduq. Həkimlərdən tutmuş orta və kiçik tibb işçilərinə kimi hamı öz işinə tam məsuliyyətlə, müalicə olunanlara hədsiz qayğı və diqqətlə yanaşırlar.Fürsətdən istifadə edib həkimlərdən Əsədulla Əsgərova, Rasim Əliquliyevə, Fatma həkimə, Şəfəq həkimə,orta tibb işçilərindən Nailə xanıma, Mətanət xanıma, Tahirə xanıma, Natavan xanıma, Aybəniz xanıma, Surət və Səlminaz xanıma dərin minnətdarlığımı bildirirəm.

Otaqlarımızda gündəlik olaraq xüsusi səliqə-səhman, gözoxşayan təmizlik yaradan kiçik tibb işçilərindən Aysel xanıma təşəkkürümü bildirirəm.Dincələnlərin müalicəsinə və istirahətinə mane olmamaq üçün şərtilə sanatoriyanın ərazisində aparılan müvafiq abadlıq və təmizlik işləri yaxın aylarda daha yüksək xidmətə zəmanət verir.Sanatoriyada müalicə işləri ilə yanaşı, dincələnlərin mədəni iatirahəti də ürəimizcə idi.Həftənin müəyən edilmiş günlərində axşam saatlarında təşkil olunan musiqi saatlarla iştirakçılarda xoş təəssüratlar yaradır, onların istirahətini daha mənalı edir.Mədəni-kütləvi tədbirlərin təşkilatçısı Nəzifə xanım isə , öz işinin əsl peşəkarıdır.Yeri gəlmişkən, Ağstafadan şəhid ailəsi Elsevər İmamaəliyev, Zərdabdan Rəşad Məmmədov, Bakı Metropolitteninin işçiləri Baxış Qasımov, Əlisəfa Əliyev, Mingəçevirdən qazi Şahin həkim və başqaları da sanatoriya kollektivindən öz razılıqlarını ifadə etdilər.İ ki həftəlik istirahət müalicədən sonra ailəmizin yanına sağlam əhval-ruhiyyə ilə qayıtdığımıza görə,”Bilgəh” Kardioloji Sanatoriyasının xeyirxah kollektivinə “həmişə var olun” deyirəm.

 

Minnətdarlıq hissi ilə;    

Mirzə Cəfərov,

Dövlət qulluğu veteranı, Biləsuvar rayonu.

                    

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi