Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.
Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.
Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.