lider-media.az

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Baxış: 206 Tarix: 9-12-2024, 14:15

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi