lider-media.az

Buxarestdə imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib - FƏRMAN

Baxış: 260 Tarix: 9-12-2024, 13:13

Buxarestdə imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib - FƏRMAN


Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Lider-media.az xəbər verir ki, Fərmana əsasən, 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildirişin göndərilməsi tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi