lider-media.az

“Bəşər Əsəddən sonra Suriyani Türkiyə şəkilləndirəcək” POLİTOLOQDAN İLGİNC İDDİA

Baxış: 333 Tarix: 7-12-2024, 22:51

 

“Suriyada Bəşər Əsəd hakimiyyəti və ordusu süqut etdi. Türkiyə Suriyada Rusiya, İran üzərində ciddi qələbə əldə edib”.

Lider-media.az xəbər verir ki, bunu Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, BƏƏ paytaxtı Dohada Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü Ankaranın status-kvonu hər iki tərəfə qəbul etdirməsidir:

“Rusiya və İran hərbçilərini Suriyadan çıxarir. Rusiyanin Suriyanın Tatrus və Xmeymim hərbi bazasına son qoyuldu. Rusiyanin Suriyada məğlubiyyəti Ukrayna müharibəsində mövqeyini kifayət qədər zəiflədəcək. 

Suriyada müxalifətin iştirakı ilə keçid hökuməti yaradılacaq. "Heyəti Təhrir əş-Şam" və "Azad Suriya Ordusu" müvəqqəti Suriyada təhlükəsizliyi təmin edərək, hakimiyyəti mülki hökumətə təslim etməsi mümkündür. Türkiyə Suriyada radikal bir dini hakimiyyətin qurulmasına icazə verməz. Suriyada silahlı qrupları Türkiyə idarə edir. Ankaranın siyasi təlimatları və siyasi iradəsi ilə Suriyada yeni mülki hökumət formalaşacaq. Həmçinin Suriyada PKK-YPG terroru sona çatır”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi