lider-media.az

İsmayıllı şəhərinin yeni Baş planı hazırlanır

Baxış: 392 Tarix: 7-12-2024, 10:33

İsmayıllı şəhəri belə olacaq - Yeni Baş planı hazırlanırİsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır.Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.Komitə sədri İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirdiyi görüşdə yeni Baş plan layihəsinin detallarını müzakirə edib.Plana uyğun olaraq küçə-yol şəbəkəsinin yenilənməsi, memarlıq simasının və müasir şəhər mühitinin formalaşdırılması ilə əlaqədar həyata keçiriləcək layihələrin mərhələləri dəqiqləşdirilib.Səfər çərçivəsində həmçinin İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan sakinləri qəbul edən Anar Quliyev vətəndaşların əsasən torpaq münasibətləri, tikintiyə icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Bu proseslərdə şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Komitə tərəfindən yaradılan elektron icazə sistemi haqqında ətraflı məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi