lider-media.az

Ekoloji hüquqpozmalara dair Baş Prokurorluğun təqdimatı aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibdə müzakirə edilib

Tarix: 6-12-2024, 17:30

  Dekabrın 6-da İmişli rayon İcra Hakimiyyətində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ekoloji hüquqpozmalarla bağlı qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə verilmiş təqdimatın geniş tərkibdə müzakirəsi keçirilib.

  Müzakirələrdə rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev, rayon prokurorluğu və regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları, yerli icra hakimiyyəti qurumlarının və bələdiyyələrin nümayəndələri iştirak edib. 

  İmişli rayon prokuroru Valeh Səmədov çıxış edərək ekoloji hüquqpozmalar sahəsində qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu sahədə pozuntuların aradan qaldırılması məqsədilə tədbirlər görülməsinin, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasının zəruriliyini vurğulayıb.

  Kamran Ağayev tərəfindən Baş Prokurorluqda aparılmış genişmiqyaslı islahatlar, eləcə də ekoloji hüquqpozmalar sahəsində görülən tədbirlər, Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyəti, ECOLEAD layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib, daha sonra təqdimatda qoyulan məsələlərlə bağlı konkret təkliflər irəli sürülüb, yaşıllıqların uçot, kadastr və monitorinqinin vaxtında aparılaraq məlumatların təqdim edilməsi, hüquqpozmaların qarşısının alınması məqsədilə vaxtında tədbirlər görülməsinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

  Tədbir zamanı iştirakçıların ekoloji hüquqpozmalarla bağlı sualları cavablandırılıb, müzakirə sual-cavab və fikir mübadiləsi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi