6 Dekabr – Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günüdür
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.
Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə, 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda – köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Həmçinin 90-cı illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başlamış, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənmiş, Azərbaycanın internet seqmenti genişlənmişdir.
Respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur. 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmışdır. Həmin ilin noyabrında illik “Bakutel” sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilmişdir. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.
abitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 18 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq təsis edilib.
Azərbaycan rabitəsi qədim və zəngin tarixə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilib. Ümummilli Lider haqlı olaraq qeyd edirdi ki, müasir informasiya-kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz.Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə vüsət alıb. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub. Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-1980-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164 min 400 nömrə olan ATS-in tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edildi.Rabitə sahəsində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sektorunu, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib.
Ölkəmizdə bu sahənin inkişafına yönəlik bir sıra milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. Həmçinin bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı İnternet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və sərfəli İnternet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib.
2018-ci ildə transport (daşıyıcı transmissiya avadanlıqları) şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində DWDM (Dense Wavelength Division Multiplexing) kanalların dalğa uzunluğuna görə sıxlaşdırılması avadanlığı, sıx dalğa uzunluğunu bölmə multipleksoru texnologiyasının tətbiqinə başlanılıb. MPLS (Multi Protocol Label Switching) - etiketlərin istifadəsinə əsaslanan çox protokollu şəbəkələrdə sürətli paket keçid texnologiyasının tətbiqi həyata keçirilib. Plana müvafiq olaraq layihənin əsas hissəsi 2023-cü ildə yekunlaşıb. Hazırda tranzit dəhlizlərinin yaradılması ilə birlikdə şəbəkədə genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi həyata keçirilir.
2019-cu ildə “Aztelekom” MMC-nin kommutasiya şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində İMS (IP Multimedia Subsystem) internet protokolu əsasında idarə olunan çoxsaylı giriş şəbəkələrində işləyən və səs trafiki mübadiləsinin idarə edilməsi funksiyasını daşıyan yeni texnologiya tətbiq edilib. Bu texnologiyanın tətbiqinin nəticəsi olaraq kommutasiya şəbəkə sistemlərinin coğrafi baxımdan tam olaraq ehtiyatlanmasi, alternativliyi təmin edilib. Prosesin tamamlanması və tam miqrasiyasının həyata keçirilməsi işləri 2025-ci ildə yekunlaşacaq. 2022-ci ildən etibarən “Aztelekom” MMC-nin magistral fiber-optik transport şəbəkəsinin alternativliyinin təmin edilməsi üçün yeni magistral kabellərin tikintisinin davam etdirilməsi üzərində intensiv işlər aparılır. Bu layihənin də 2025-ci ildə yekunlaşması nəzərdə tutulub.