“SpaceX” kompaniyası Marsa beş pilotsuz kosmik gəmi göndərməyi planlaşdırır.
“SpaceX” kompaniyası iki il ərzində Marsa beş pilotsuz kosmik gəmi göndərməyi planlaşdırır.
Lider-media.az xəbər verir ki, kompaniyanın sahibi İlon Mask bu barədə özünün sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, hər şey plana uyğun gedərsə, Marsa ekipajlı missiyalar dörd il ərzində baş tuta bilər.
İlon Mask Marsa həm də kosmik turistləri göndərmək istəyir: “Biz kosmik səyahətçi olmaq istəyən hər kəsin Marsa uçuşunu mümkün edəcəyik”, - deyə amerikalı sahibkar bildirib.
Qeyd edək ki, sentyabrda iki turist “Polaris Dwan” missiyası çərçivəsində Yerdən təxminən 740 kilometr yüksəkliyə qalxıb. Bu, kosmosa ilk kommersiya uçuşu olub.
Mars Yerə bənzər planetlərdən biri olduğuna görə kosmik missiyalar üçün xüsusi maraq kəsb edir. Diametri 6 min 800 kilometr olan qırmızı planet Yerdən təxminən iki dəfə kiçikdir.