lider-media.az

Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə bağlı milli parklarda “açıq qapı” günü keçiriləcək

Baxış: 239 Tarix: 9-01-2025, 19:31

Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar 11 yanvar tarixində Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, 11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.“Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.

Xidmət rəsmisinin sözlərinə görə, “açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi