lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb

Baxış: 268 Tarix: 9-01-2025, 21:11

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanda baş vermiş yanğında beş uşağın həlak olması ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş yanğında beş uşağın həlak olması xəbəri bizi olduqca kədərləndirdi.Bu faciə ilə bağlı acınızı paylaşır, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan Respublikası
Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verirəm.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi