Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, kontr-tsiklik kapital buferi Basel III tənzimləyici kapital çərçivəsinin bir hissəsidir:
“Bu kreditlərin həddindən artıq artımı dövrlərində əlavə kapital yaratmaq mexanizmidir və məqsəd riskləri tənizmləməkdir. Digər tərəfdən, bu bufer bank sektorunun kapital tələblərinin bankların fəaliyyət göstərdiyi makro-maliyyə mühitini nəzərə almasını təmin etmək məqsədi daşıyır. Onun əsas hədəfi bank sektorunu dövrü sistem miqyasında riskin yüksəlməsi ilə bağlı izafi məcmu kredit artımlarından qorumaq üçün daha geniş makroprudensial mühitə nail olmaqdır.
Əksər inkişaf etmiş ölkələrdə 1-ci dərəcəli kapitalı üzərində 0% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilsə və ya bufer təyin edilməsə də bir sıra dövlətlərdə, o cümlədən Danimarka (2.5%), Norveç (2.5%), Böyük Britaniya (2.0%), Niderland (2.0%), İsveç (2.0%), İrlandiya (1.5%), Çek Respublikası (1.25%), Fransa (1.0%), Avstraliya (1.0%), Koreya (1.0%), Honq-Kong (1.0%), Almaniya (0.75%) əlavə hədlərindən istifadə olunur. Bununla yanaşı, hələlik ABŞ, Çin, Yaponiya, İtaliya, İspaniya, Kanada və Hindistan kimi böyük iqtisadi güclər buferdə hədlərdən istifadəyə lüzum bilmirlər.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bəzi hallarda bu bufer real iqtisadiyyatın göstəricilərinə neqativ təsir etməklə bank sistemində əlavə kredit itkiləri ilə nəticələnə bilər. Bu baxımdan, Basel III tənzimləyici kapital çərçivəsinin tətbiqi digər makro-iqtisadi göstəricilərə təsirlər tam qiymətləndirilərək tətbiq olunur.
Azərbaycna Mərkəzi Bankının açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Əlavə olunur ki, fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib”.

Deputat əlavə edib ki, requlyator bankda kredit portfelinin artım tempininin qeyri-resurs ÜDM-dəki artımı üstələməsinə əlavə kontr-tsiklik kapital buferin tətbiqində əsas səbəblərdən biri yanaşırlar:
“Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan kredit portfinin ÜDM-də payı hələ də aşağıdır. Belə ki, 2023-cü ilin yekunlarında bu nisbət 18.8 faiz idi (23.183 milyard manatlıq kredit portfeli/123.0 milyard manatlıq ÜDM). Dünya Bankın məlumatına görə, ölkəmiz üçün bu nisbət hazırda 23.15 faizdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Birləşmiş Ştatlarda 192.0% (2 dəfəyə yaxın), Böyük Brtianiyada 144.0%, Fransada 120.0%, Avstraliyada 133.8%, Almaniyada 84.0%, Brazliyada 71.78%, Gürcüstdan 66.0%, Rusiyada 54.22%, Türkiyədə 45.59%, Belarusda 29.17 faizdir. Avropa İttifaqında orta göstərici isə 79.0 faizdir.
Deməli, Azərbaycanda özəl sektora verilən kreditlərin ÜDM-də payı inkişaf etmiş, hətta əksər region dövlətləri ilə müqayisədə aşağıdır. Bu, həm də o deməkdir, kreditləşmədə artım faizlərinə rəğmən ölkə iqtisadiyyatı ilə müqayisə etdikdə kredit portfelinin həcmi heç də böyük deyil.
Mərkəzi Bankın bu qərarının kreditləşməyə təsirlərinə gəldikdə isə kommersiya bankları tərəfindən daha konservativ kredit siyasətinə üstünlük veriləcəyi istisna deyil. Bu bəzi banklarda kredit portfelinin optimallaşması və bır sıra hallarda isə müqayisəli azalmasına səbəb ola bilər. Kredit faizlərinə təsirlərə gəldikdə isə 2024-cü il depozit faizlərinin artması kimi yadda qaldı. Bunun isə kreditləri bahalaşdıracağı gözləniləndir. Bu depozit siyasətinin də optimallaşdırımasını daha da aktuallaşdırır. Qeyd edək ki, Mərkəzi Bankın bu normativinin tətbiqinə bu il martın 1-dən başlanılacaq”.

“Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?