
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatları Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Paşazadə və Rəşad Mahmudov Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə bu ölkəyə səfər ediblər.
QMİ-dən bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hissein Brahim Taha ilə görüşüblər.Görüşdə şeyxülislam Prezident İlham Əliyevin salamlarını İƏT-in Baş katibinə çatdırıb.
A.Paşazadə Azərbaycanın 1991-ci ildə - hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dönəmində, Vətən müharibəsi vaxtında və ondan sonrakı müddətdə İƏT Baş Katibliyinin və üzv dövlətlərin ölkəmizin haqlı mübarizəsində dəstəyinin yüksək qiymətləndirildiyini, eyni zamanda, münaqişə ilə bağlı Təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların böyük əhəmiyyət daşıdığını vurğulayıb.Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasında ölkə rəhbərliyinin İslam dininə verdiyi ali dəyərdən bəhs edərək, ölkəmizin müstəqillik qazandığı ilk gündən etibarən İƏT-lə münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb.
Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Xocalı qətliamının dünyada tanıdılmasında İƏT-in rolunu yüksək dəyərləndirərək, beynəlxalq müstəvidə ədalətin təmin olunması yönündə fəaliyyətini xüsusi qeyd edib. Hazırda beynəlxalq təşkilatların əksəriyyətinin böhran keçirdiyini ifadə edən C.Paşazadə İƏT-in Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə nümunəvi, örnək davranış sərgilədiyini bildirib.
Görüş zamanı parlament diplomatiyası haqqında fikirlər səsləndirilib və İƏT Parlament İttifaqı çərçivəsində ölkəmizin həyata keçirdiyi işlər diqqətə çatdırılıb.
QMİ sədri Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlıği ilə Bakıda keçirilən COP29 çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası və BMT-nin Ətraf mühit Proqramının birgə təşkilatçılığı ilə noyabrın 5-6-da Dini Liderlərin Qlobal Bakı Sammitini keçirildiyini və İƏT Baş katibinin müavinin həmin tədbirdə yaxından iştirakını məmnunluqla qeyd edib.
Sonra çıxış edən İƏT Baş katibi Azərbaycanın mövqeyini daim dəstəklədiklərini qeyd edərək, COP29 tədbirinin uğurla keçirildiyini və Konfransda iştirakdan məmnunluğunu bildirib.
Təşkilatın Azərbaycanla birlikdə keçirdiyi nazirlər iclaslarının səmərəli əməkdaşlığın möhkəmlənməsinə xüsusi təsir göstərdiyini ifadə edən H.B.Taha 2026-cı ildə İƏT Dövlət və Hökumət başçılarının 16-cı Sammitinin Azərbaycanda keçirilməsinin İƏT dövlətlərinin ölkəmizə etimadının göstərici olduğunu vurğulayıb.Görüşün sonunda İƏT baş katibi şeyxülislamdan onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.Şeyxülislam isə H.B.Tahanı ölkəmizə səfərə dəvət edib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir.



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb