lider-media.az

Politoloq: “Türkiyə Yaxın Şərqin siyasi nizamını bərpa edəcək”

Baxış: 806 Tarix: 5-12-2024, 23:51

“Suriyada müxalifətin Bəşət Əsədə qarşı silahlı mübarizsəindən İsrail narahat olub”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Hazırda İsrail  B. Əsədin hakimiyyətdə qalmasına çalışır. Türkiyə yönümlü müxalifətin hakimiyyətə gəlməsini qəbul etmir. Məhz B. Əsəd Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İsrailə mesaj göndərərək "ortaq düşmənə"- Türkiyəyə qarşı birgə mübarizə təklif edib. 

Qeyd edim ki, İsrail Suriyada PKK-YPG terror təşkilatının yeni dövlət qurmasında maraqlıdır. Türkiyənin aktiv şəkildə proseslərə müdaxilə etməsi, İsraili çətin vəziyyətlə üzləşdirib. Suriyada müharibə davam edəcək. Türkiyə və Rusiya prezidentlərinin telefon danışığında razılıq əldə edilməyib. İranın Suriyaya ordu göndərməsi isə, Suriyada hərbi əməliyyatlara ABŞ -ın başlanmasına rəvac verəcək. Türkiyə prosesləri idarə edir və regionun əsas təhlükəsizlik qaranti olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi