lider-media.az

Azərbaycan COP29-da su ilə bağlı problemi iştirakçı dövlətlər qarşısında qaldıracaq

Baxış: 105 Tarix: 13-03-2024, 12:50

Bu gün ölkədəki su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də fermerlər qıtlıqdan ciddi əziyyət çəkir.

Bunu Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Nazir müavini qeyd edib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə edilməməsidir.

"Təbii ki, region səviyyəsində əməkdaşlıq mexanizmindən bəhrələnə bilmirik. Dünyada 153 ölkə qonşu dövlətlərdən gələn sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkənin ərazisində yerləşən çayların hövzəsində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik", - deyə U.Tağıyeva vurğulayıb.

O əlavə edib ki, su problemi Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq.

Nazir müavini qeyd edib ki, COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planı strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi