Şəhidlər ölməz,Vətən bölünməz.Şuşa şəhidləri
Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlu 09 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2018- ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ildə Mingəçevir şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olub.
Hərbi xidmətini başa vurmağa 3 ay qalmış müharibəyə yollanıb. 27.09.2020 –ci ildə Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Bakı şəhəri, Xəzər rayonu, “Buzovna qəbirstanlığı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Allahverdi Əli oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Subay idi.
Həsənov Nurlan Nadir oğlu 19.05.1991-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 3 saylı Şuşa şəhər orta məktəbini bitirmişdir. Gəncə Texnologiya Universitetinin məzunudur.Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Hərbi qulluqçu idi.
Poladəritmə zavodunda işləyib. 02.10.2020-ci ildə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Şəhidlər Xiyabanında dəfn olunmuşdurAzərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həsənov Nurlan Nadir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Ailəli idi.
Məmmədov Pərviz Şakir oğlu 25 mart 2001-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon 8 saylı orta məktəbi bitirmişdir.2007-ci ildə Laçın rayonu İsrafil Şahverdiyev adına Ağanus kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 2018-ci ildə Şuşa şəhər 18 nömrəli orta məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ildə hərbi xidmətdə olmuşdur.27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Qəhrəmancasına şəhid olmuşdur.Bərdə rayonu Dəymədağlı kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Pərviz Şakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Orta təhsillidir. Subay idi.
Əliyev Azər Dilafət oğlu 01 noyabr 1997-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. 2008 -ci ildə Ağcabədi rayonu Alı Mustafayev adına orta məktəbini bitirmişdir. Orta təhsillidir. Öz vətənpərliyi ilə daim yaşıdları arasında seçilən Azər hələ məktəb illərindən hərbi yarışlarda xüsusi fəallıq göstərmişdir.Vətən müharibəsinin ilk günlərindən qəhrəmanlıq göstərən Azər 28.11.2020 –ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Azər Dilafət oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı, “Zəfər ordeni” ilə təltif edilmişdir.
Ağcabədi rayonu, Yuxarı Qiyamədinli qəbiristanlığında dəfn edilmişdir.
Ailəli idi, iki övladı var.
Ələkbərli Samir Şamil oğlu 02 iyul 2002-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu 8 saylı orta məktəbi bitirmişdir. Bərdə Texniki Kollecin məzunudur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısında qoyulmuş tapşırıqların icrasını şərəflə yerinə yetirən Samir öz şücaəti ilə qısa zaman ərzində döyüş yoldaşlarının sevgisini qazanmışdır.10.10.2020 -ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Pərviz Şakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Bərdə rayonu, “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.