lider-media.az

Azərbaycan Reqbi Federasiyasının növbədənkənar yığıncağı keçirilib

Baxış: 388 Tarix: 13-03-2024, 09:30

Martın 12-də Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 

Yığıncaqda Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib.

Yığıncaqda həmçinin Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, eləcə də Raqif Hüseynli və Vaqif Səadətxan təşkilatın İdarə Heyətinə üzv seçiliblər. 

Sonda federasiyanın prezidenti Röyal Süleymanov, təşkilatın birinci vitse-prezidenti Ernesto Ferlenq və İdarə Heyətinin üzvü Vaqif Səadətxan çıxış edərək göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edib və qurumun bundan sonrakı fəaliyyəti, qarşıdakı planları barədə danışıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi