"Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Laçın rayonunun Zabux və Sus kəndləri də sakinlərinə qovuşan ərazilərimiz sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonuna hər bir səfəri Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngindir. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu mühüm addım Laçının strateji əhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdə görülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalq olduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cü il Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da beynəlxalq hüquqa əsaslanır".

"Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə ölkəmizə qaytarıldı. Dövlətimizin başçısı İlham Əliyev 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki, ölkəmiz üçün yeni dövr başlayır".Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mətbuata
Yeddinci çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk iclası keçirilib
Milli Məclisin 2024-cü ilin yaz sessiyası başa çatıb
Vüqar Rəhimzadə: Azərbaycan türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir
Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı