lider-media.az

DİN: Sabunçu rayonunda dekabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb

Baxış: 216 Tarix: 27-12-2024, 17:01

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi