lider-media.az

"Korrupsiyaya qarşı mübarizə" seminarı keçirilib

Baxış: 222 Tarix: 27-12-2024, 16:50

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin lektoriya zalında "Korrupsiyaya qarşı mübarizə" mövzusunda seminar təşkil olunub.Seminarda Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri iştirak edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də 25 dekabr 2024-cü il tarixdə aviaqəzada həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan Ordusunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Bildirilib ki, bu cür seminarın keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasında vacib bir addımdır.
Sonda seminar iştirakçılarını maraqlandıran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi