lider-media.az

Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib

Baxış: 260 Tarix: 2-12-2024, 16:21

COP29-da təşkil edilmiş ilk turizm günü üzrə keçirilən tədbirlər çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabinoya hədiyyə edilən nar ağacı Braziliyanın ilk milli turizm məktəbinin həyətində əkilib.  
Bu haqda Braziliyanın turizm naziri Selso Sabino öz instaqram səhifəsində paylaşım edib.
Ağac nazir Selso Sabino və COP30-un keçiriləcəyi Belem şəhərinin paytaxtı olduğu Para Ştatının qubernatoru Helder Barbalyo tərəfindən əkilib.  
Braziliyalı nazirə hədiyyə edilən nar tingi COP29-da ilk dəfə keçirilən turizm günündə əsası qoyulan turizmin iqlim dəyişikliyindəki rolunu vurğulayan təşəbbüslərin Braziliyada keçiriləcək COP30-da davam etdirilməsini simvolizə edir.
Qeyd edək ki, nar tingi braziliyalı nazirə noyabrın 23-də Dövlət Turizm Agentliyinin inzibati binasının önündə ağacəkmədən sonra hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi