lider-media.az

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Baxış: 164 Tarix: 2-12-2024, 14:48

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.
Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.
Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi