lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

Baxış: 98 Tarix: 2-12-2024, 11:31

 Sinoptiklərin məlumatına əsasən, qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin yağmurlu olacağı, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha diqqətli olmalıdır. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. 

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi