lider-media.az

DYP sürücülərə müraciət etdi

Baxış: 219 Tarix: 30-11-2024, 14:59

Lider-Media.az xəbər verir ki, müraciətdə bildirilir:“Sinoptiklərin məlumatına əsasən, qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin yağmurlu olacağı, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var.Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha diqqətli olmalıdır. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi