lider-media.az

AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlərə davam

Baxış: 335 Tarix: 2-12-2024, 10:24

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir. Aviaşirkət biletlərə endirim təklif edən "Cyber Monday" kampaniyasına start verir.

Lider-Media.az xəbər verir ki, 2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.

Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur."Cyber Monday" kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az aytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-appAZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi