lider-media.az

Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə infoturlar davam edir

Baxış: 117 Tarix: 28-11-2024, 14:02

Lider-Media.az xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə Mingəçevir Dövlət Universitetinin bir qrup tələbə və müəllim heyəti Şahdağ Milli Parkının İsmayıllı bölməsinə səfər edib. Səfər zamanı iştirakçılar turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edib, onlara milli parkın əhəmiyyəti, biomüxtəlifliyi barədə məlumatlar verilib.Eyni zamanda növbəti infotur “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə nadir ekosistemlərdən biri olan Hirkan meşələrinin yerləşdiyi Hirkan Milli Parkına təşkil olunub. Gənclər milli parkın fauna və flora aləmini müşahidə edib, milli parkın zəngin təbiəti barədə məlumatlanıblar.

Samur-Yalama Milli Parkında isə Quba Regional Turizm İdarəsinin təşkilatçılığı ilə "Turizm sənayəsində peşəkar bələdçilik" bacarıqlarının inkişafı adlı təlim keçirilib. Təlimin məqsədi bələdçilik fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə yeni başlayan şəxslərə turizm bələdçiliyini peşəkar qaydada tədris etmək olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi