lider-media.az

Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar milli parka infotur təşkil olunub

Baxış: 208 Tarix: 6-11-2024, 19:27

Xəzər dənizini sıx meşələrlə birləşdirən Samur-Yalama Milli Parkının biomüxtəlifliyini, ekosistemini tanıtmaq, təbiət ərazilərinə olan marağı artırmaq məqsədilə gənclərin milli parka səfəri təşkil olunub.İştirakçılar turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edib, onlara milli parkın zəngin təbiəti barədə məlumatlar verilib.
Lider-Media.az xəbər verir ki, infotur “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin iştirakı ilə “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi