lider-media.az

Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPKOM) 8-ci sessiyası keçirilib

Baxış: 148 Tarix: 27-11-2024, 14:27

Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti onlayn formatda keçirilən KASPKOM-un 8-ci sessiyasında iştirak edib.
Tədbir zamanı KASPKOM-a üzv ölkələrin milli hidrometeorologiya qurumlarının nümayəndələri tərəfindən Xəzər dənizində aparılan hidrometeoroloji müşahidə işlərinin nəticələri, milli fəaliyyətlərin cari vəziyyəti barədə təqdimatlarla çıxışlar edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra sessiyada tədbir iştirakçıları tərəfindən iqlim məsələləri üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi üzrə iqlim bülletenləri ətrafında danışıqlar aparılıb. Həmçinin, qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə mənfi təsirləri xüsusi vurğulanıb.
Tədbirin sonunda nümayəndlər tərəfindən KASPKOM-un növbəti 9-cu sessiyasının Qazaxıstan Respublikasında ənənəvi formatda keçirilməsi təklif edilib və qəbul olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi