Noyabrın 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq S.Qafarova COP29 çərçivəsində keçirilmiş Parlament Görüşü, eyni zamanda, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclasları barədə də məlumat verib.
Sonra 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini bildirən S.Qafarova qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub.
İclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. O bildirib ki, "Büdcə sistemi haqqında" Qanunun 12-ci maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələr Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və digər komitələrin iclaslarında müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihələrinin geniş müzakirə olunduğunu deyib.
Makroiqtisadi göstəricilər barədə məlumatda bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makroiqtisadi meyillər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara görə, növbəti ildə ümumi daxili məhsul 3,5 faiz, qeyri-neft-qaz ümumi daxili məhsulu 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025-ci ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın səviyyəsi 4,6 faiz nəzərdə tutulur.
Qeyd olunub ki, dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır.
Qeyd edilib ki, büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək.
Komitə sədri söyləyib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi strategiyanın icrası üçün 2,5 milyard manat vəsait nəzərdə tutulur. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb. 2025-ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər artırılaraq 14.481 milyon manat nəzərdə tutulur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edib. O, Azərbaycan xalqının və dövlətinin bir sıra əlamətdar hadisələrlə yadda qalacaq 2024-cü ili uğurla başa vuracağını qeyd edib. Maliyyə naziri deyib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icra olunması 2025-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən əsas götürülüb.
Səhiyyə xərcləri üçün dövlət büdcəsindən 1999,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 7,1 faiz çoxdur. Bu vəsaitin 1267,0 milyon manatı və yaxud 63,4 faizi dövlətin əhalinin icbari tibbi sığortalanması ilə bağlı xərclərinin payına düşür.
2025-ci ildə mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti üzrə ayrılan vəsait cari illə müqayisədə 10,4 faiz artırılaraq 635,0 milyon manat təşkil edəcək.
Dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət xərclərinə 4444 milyon manat vəsait proqnozlaşdırılır. Bununla yanaşı, kənd təsərrüfatı xərcləri üçün 1172 milyon manat vəsait yönəldiləcək. Növbəti ildə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində aparılan islahatlar çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin işarələnməsinə başlanılıb və bu istiqamət üzrə 1,3 milyon manat vəsait nəzərdə tutulur.
Dövlət büdcəsinin ehtiyat fondları cari illə müqayisədə 38 milyon manat artaraq, 448 milyon manat təşkil edəcək.
Sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov gələn ilin büdcəsinin iqtisadi parametrlərindən danışıb. Bildirib ki, büdcənin tərtibatı prosesində sosial-iqtisadi inkişaf proqnozları baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq gözlənilən risklərin qiymətləndirilməsi üçün istifadə edilib. Qeyd olunub ki, ÜDM-in növbəti ildə 3,5% (qeyri-neft-qaz sektorunda 4,9%), 2025-2028-ci illərdə isə orta illik hesabla 3,3% (qeyri-neft-qaz sektorunda isə 5%) artacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının hazırkı 66,4% səviyyəsindən ortamüddətli dövrün sonuna 77,8%-ə çatacağı gözlənilir. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxışında 2024-cü ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 2025-ci ildə dövlət büdcəsinin cəmi xərclərinin konservativ (5,4%) artımını məqbul qiymətləndirib, 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci il üzrə büdcə kəsirinin 303 milyon manat azaldılmasını da müsbət dəyərləndirib.
Sonra iclasda fasilə elan edilib.
Fasilədən sonra iclasda "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Tahir Rzayev, Sadiq Qurbanov, deputatlar Heydər Əsədov, Tahir Mirkişili, Vüqar Bayramov, Sahib Alıyev, Kamal Cəfərov, Jalə Əliyeva, Tural Gəncəliyev, Cavanşir Paşazadə, Aydın Mirzəzadə, Razi Nurullayev, Naqif Həmzəyev çıxış ediblər.
Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsinin parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri, büdcə vəsaitlərinin icrasında şəffaflığın artırılması, istehsal sahələrinin, iş yerlərinin açılması, regionların iqtisadi inkişafı kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri bu gün davam etdiriləcək.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Milli Məclisin 2024-cü ilin yaz sessiyası başa çatıb
Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Yeddinci çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk iclası keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb