lider-media.az

Surinam Respublikasının Prezidenti Zati-aliləri cənab Çandrikapersad Santoxiyə

Baxış: 101 Tarix: 25-11-2024, 13:24

Hörmətli cənab Prezident,

Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim firavanlıq və əmin-amanlıq arzulayıram.


Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi